POPULYARXƏBƏRLƏR

Elşad İskəndərov: “Avropa tolerantlıq baxımından Azərbaycandan çox şey öyrənə bilər”

II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Cəmiyyətin həyatında multikulturalizm” mövzusunda dəyirmi masa davam edir.

Islam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, dəyirmi masanın moderatorları Avropa Parlamentinin üzvü, Parisin 7-ci ərazisinin meri Rəşidə Dati, Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Ku Caffar Ku Şaari və Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulladır.
Dəyirmi masada çıxış edən Malayziya Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Ku Caffar Ku Şaari ölkəsinin tolerantlıq məsələsinə xüsusi həssaslıqla yanaşdığını deyib. O bildirib ki, Asiya regionun mədəni irsinin dünyada təbliğ edilməsi istiqamətində səylər göstərirlər.
“Dinlərarası dialoq problemi: dəyərlər və hüdudlar” adlı I bölmədə İSESKO-nun baş direktoru Abdulaziz Osman əl-Tuveyeri, Bolqarsıtanın sabiq prezidenti Georgi Pırvanov və Cənubi Koreyanın Hankuk Xarici Araşdırmalar Universitetinin prezidenti Park Çul çıxış ediblər.
Cənubi Koreyanın Hankuk Xarici araşdırmalar UniversitetininTürkiyə-Azərbaycan üzrə Tədqiqatlar şöbəsinin professoru Çonq Jin Oh ölkələrində 100 min müsəlman yaşadığını nəzərə çatdırıb. Onun sözlərinə görə, Cənubi Koreya hökumətinin siyasəti müsəlmanların maraqlarına cavab vermir: “Buna səbəb Koreyada müsəlmanlarla bağlı yetərincə məlumatların olmamasıdır. Qeyri-hökumət təşkilatları bu sahədə aktiv olmalıdır”.
Dini Qurumlarla İş üzrə Komitəsinin sədri Elşad İsgəndərov tədbirin keçirildiyi İçərişəhərdə islam, xristian dinlərinə məxsus dini məbədlərin olduğunu diqqətə çatdırıb. O, Bakının rəmzi sayılan Qız qalasının isə zərdüştlüklə bağlı abidə olduğunu, Bakıda sinaqoqun fəaliyyət göstərdiyini vurğulayıb: “Biz hər şeyi sıfırdan başlamalıyıq. Bir-birimizdən soruşmalıyıq ki, aramızdakı fərqləri necə aradan qaldıra bilərik. Bu baxımdan dini tolerantlıq bu tədqiqat üçün başlanğıc olmalıdır. Bununla belə, məsələyə səhlənkar yanaşma fərqləri dərinləşdirə bilər. Əgər insanlar özlərini dialoqa getməyə hazır sayırlarsa, dialoq başlayır. Fərdlər arasında dialoqa qoşulma mexanizmi olmasa, ünsiyyətimiz baş tuta bilməz”.
Azərbaycanın dini tolerantlıq baxımından unikal ölkə olduğunu vurğulayan Elşad İsgəndərov deyib ki, bu baxımdan Avropa da Azərbaycandan çox şey öyrənə bilər: “Azərbaycanda zərdüştlük, xristian dinləri olub. Xristianlıq Qafqaz Albaniyasında ilk din olub. Azərbaycanda yəhudi icmalarının da yaşadığını qeyd etmək lazımdır”. Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanın şimal rayonlarında iki sinaqoq bərpa edilib: “Bu sinaqoqlara gələn insanların sayı da çoxalır. Bu, dərin qarşılıqlı anlaşmadan xəbər verir. Sinaqoqların bərpa edilməsi yaxşı haldır. Bu kimi addımlarla biz mürəkkəb dünyada dini tolerantlığı genişləndirə bilərik” .



Yerləşdirilib:5 Oktyabr, 2012  16:55, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com