Bu gün saat 12.00-dan etibarən Bakıda Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq” aksiyası keçirilir.
Islam.az-ın yerli KİV-ə istinadla verdiyi xəbərə görə, aksiyada iştirak edən inanclılar orta təhsil müəssisələrində hicaba qoyulan qadağanın aradan qaldırılması tələbi ilə çıxış edirlər.
Bildirilir ki, əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Hüquq mühafizə orqanları əməkdaşları və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Hazırda aksiya davam edir.
13.20. Təhsil Nazirliyi qarşısında keçirilən növbəti "Hicaba Azadlıq" aksiyası başa çatıb.
Aksiyanın başa çatmasına baxmayaraq, polis nazirliyin binasını tam əhatəyə alıb və əraziyə əlavə polis qüvvələri cəlb olunub.
Aksiya iştirakçıları "Gənclik" və "28 May" metro stansiyaları tərəfə hərəkət ediblər.
İlkin məlumatlara görə, 30-a yaxın aksiya iştirakçısı saxlanılıb.