Gürcüstanda qısa müddət ərzində islam radiosu fəaliyyətə başlayacaq. Islam.az-ın “Salamnyus”a istinadən verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev deyib.
O bildirib ki, hazırda bununla bağlı müvafiq danışıqlar və işlər aparılır. Radionun açılmasında məqsəd burada yaşayan müsəlmanlara, xüsusilə azərbaycanlılara islam elmini düzgün çatdırmaq, tədris etmək və onları maarifləndirməkdir.
Ə.Əliyevin sözlərinə görə, QMİ-nin Gürcüstan nümayəndəliyi gələcəkdə digər layihələri də həyata keçirməyi planlaşdırır: “Biz böyük konfransların təşkili, kitabların tərcüməsi və s. işlərin həyata keçirilməsini planlaşdırırıq. İslamın təbliğatı naminə əlimizdən gələni əsirgəməyəcəyik”.