İsrail Knessetinin üzvü Dani Danon (Likud) Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək ərəb əsilli deputat Xanin Zuabini 19-cu çağırış parlamentə seçilmək hüququndan məhrum olunmasını tələb edib. Onun fikrincə, Zuabinin parlamentin işində iştirakı İsrail dövləti üçün ciddi təhlükə yaradır.
Islam.az-ın “Kursor”a istinadən verdiyi xəbərə görə, MSK-ya başçılıq edən hakim Elyakim Rubinşteyn müraciəti qəbul edib.
Baş verənləri şərh edən ərəb əsilli deputat isə bəyan edib ki, bir sıra israilli siyasətçilər onun nüfuzuna zərbə vurmaq üçün məqsədyönlü siyasət yürüdürlər.
Xatırladaq ki, Xanin Zunabi İsrail əsgərlərinin humanitar missiya yerinə yetirən “Mavi Marmara” gəmisinə hücumu zamanı məhz bu donanmanın üzvləri arasında olub. Deputat dəfələrlə bəyan edib ki, bu missiyada iştirakı ilə qürur duyur.