Ötən ay Nyu-Yorkdakı metro stansiyalarına asılan və müsəlmanların ciddi etirazlarına səbəb olan İslama qarşı yönələn afişalar bu həftə Vaşinqtonun Dairə Məhkəməsinin gözlənilən qərarının ardından ABŞ-ın paytaxtında də nümayiş etdirilə bilər.
Islam.az-ın “Dünya bülleteni”nə istinadən verdiyi xəbərə görə, yəhudi qruplar tərəfindən hazırlanan afişalar Nyu-Yorkda məhkəmə tərəfindən əvvəlcə qadağan olunsa da, daha sonra apellyasiya məhkəməsi bu qərarı ləğv edib.
Vaşinqton Nəqliyyat Mərkəzinin rəhbərliyi son dövrdə yaşanan anti-İslam filminə etirazların ardından daha əvvəl asılması planlaşdırılan afişalardan imtina etmək istəsə də, afişaları hazırlayan qrup məhkəməyə müraciət edib. İndi onların Vaşinqtondakı metro stansiyalarına asılıb asılmayacağına məhz hakim qərar verəcək.
“Amerika Azadlığı Müdafiə Hərəkatı” adlı yəhudi qrup tərəfindən hazırlanan və müsəlmanları "barbar" olaraq xarakterizə edən sözügedən elanlarda deyilir: "Mədəni insanla bir barbar arasındakı döyüşdə, mədəni insanı dəstəklə. İsraili dəstəklə, cihada qalib gəl!" deyilir.
Eyni qrup daha əvvəl də metro stansiyalarına və avtobuslara İslamı və müsəlmanları hədəf alan elanlar yerləşdirmişdi.