Bu il Balkan ölkələrindən Həcc ziyarətinə 3700 nəfər yollanacaq. Islam.az-ın “Dünya bülleteni”nə istinadən verdiyi xəbərə görə, Balkanlardan ən çox kvota Makedoniyaya verilib – 2203 nəfər.
Daha sonra 1200 nəfərlə Bosniya və Herseqovina gəlir. Bu ölkənin İslam Birliyi katibi Rasim Brkoviç bildirib ki, ötən illə müqayisədə bu il hacıların sayında nəzərəçarpacaq artım var. Belə ki, ötən il müqəddəs ziyarətə Bosniya və Herseqovinadan 1000 nəfər yollanıb.
Balkan yarımadasının digər ölkələrinə gəldikdə isə, Serbiyadan 229. Xorvatiyadan 40, Monteneqrodan isə 28 nəfər Həcc ziyarətinə gedəcək.