Avstraliya hökumətinin anti-islam fəaliyyəti ilə tanınan hollandiyalı siyasətçi Girt Vildersə ölkəyə gəlməyə icazə verməsi müsəlman cəmiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb.
İslam.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, Hollandiyanın sağ radikal PVV partiyasının lideri “Yaşıl Qitəyə” oktyabrda “Q Society” anti-islam təşkilatının dəvəti ilə səfər etməyi planlaşdırırdı. Onun Melburn və Sidneydə tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilirdi.
Əvvəlcə Vildersin viza ərizəsi Avstraliya hökuməti tərəfindən dondurulsa da, daha sonra miqrasiya naziri Kris Bouen ona ölkəyə daxil olmağa icazə verib. Lakin hollandiyalı islam düşməni səfərini 2013-cü ilin fevralına qədər təxirə salmaq qərarına gəlib.
Avstraliyanın müsəlman liderləri İslam ardıcıllarını səbirli olmağa çağırıblar.