Aprel ayının 19-da Azərbaycan Dövlət Akademik Dram Teatrının binasında Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu münasibətilə "İslam mədəniyyətində birlikdə yaşama təcrübəsi" mövzusunda konfrans keçiriləcək.
İslam.az saytının verdiyi məlumata görə, konfransın təşkilatçısı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin din xidmətləri müşavirliyidir. Tədbirdə Səfirliyin din xidmətləri müşaviri Dr. Müzəffər Şahin, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edəcəklər. Tədbirin sonunda litseylər arasında "Hz Peyğəmbər sevgisi" mövzusunda keçirilmiş şeir və məqalə yarışmasının qaliblərinə mükafatlar təqdim olunacaq.
Arzu edən hər kəs tədbirdə iştirak edə bilər.