Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar arasında son günlər Səudiyyə Ərəbistanında yayılmış Krona virusu ilə əlaqədar təşviş yaranıb. Onlar bildiriblər ki, orada yayılan virus yolxucu xəstəlik olduğundan hər an insanlar arasında yayıla bilər.
Bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov SalamNews-a deyib ki, Səudiyyə Ərəbistanında yayılmış Krona virusu barədə Azərbaycana bu ölkə tərəfindən məlumat verməyib. Əgər orada hər hansı xəstəlik olarsa, onlar bizə rəsmi məlumat verəcəklər. Buna görə də zəvvarlar arasında yaranmış təşvişə ehtiyyac yoxdur.
Bildirək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup oktyabrın 14-də yola düşəcək. Azərbaycanli zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedəcəklər. Onlar oktyabrın 14-dən başlayaraq 7 gün ərzində hər gün iki təyyarə ilə yola salınacaqlar. Buna səbəb kimi avtobusların keçdiyi ərazilərin təhlükəli olmasıdır. Bu il Həcc ziyarətinə təqribən 2500 zəvvar gedəcək. Zvvarların müqəddəs Həcc ziyarəti 18-20 gün davam edir.