POPULYARXƏBƏRLƏR

Oğuzda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatıb

 

Oğuz şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda seminar-treninq başa çatıb.


 

Islam.az-ın məlumatına görə, tədbirin ikinci günü seminar-treninq “İslam və sağlam ailə”, “Dini icmaların cəmiyyətdə yeri və rolu”, “İslamda orta yol” və “Milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhu” mövzusunda plenar iclaslarla davam etdirilib. Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov “İslamda ailə modeli və müasir cəmiyyət”, Zaqatala rayonundan pedaqoq Züleyxa Davudova “Qadınların cəmiyyətdə roluna dini icmaların yanaşması”, DQİDK sədr müavini Gündüz İsmayılov “Dini icmalar: problemlər, reallıqlar və gözləntilər”, Zaqatala rayon Çobankol kənd məscidi dini icmasının sədri Məhəmməd Nurullayev “Nümunəvi dini icma modeli”, İsmayıllı rayon Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov “Dini icmalar və gənclər: zərərli vərdişlərə qarşı birgə mübarizə”, fəlsəfə üzrə elmlər doktorları Elşad Mahmudov “Mötədillik: əsasları və prinsipləri” (Qurani-Kərim və hədislər əsasında), Rafiz Manafov “Vəhdət naminə məzhəblərarası dialoq” mövzularında məruzə ediblər.

Çıxışlarda icmaların fəaliyyətinin təkmilləşmə metodlarına dair fikirlər diqqətə çatdırılıb, gənclərin tərbiyəsində üzərlərinə düşən vəziflərdən danışılıb.

Fəlsəfə elmləri üzrə doktor Elşad Mahmudov Quran ayələri və hədislərlə bağlı istənilən sapmaların İslam əsasları ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Fəlsəfə elmləri üzrə doktor Rafiz Manafovun Azərbaycanda ənənəvi olaraq müxtəlif din və məzhəblərin ardıcıllarının əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Seminar iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli filmi izləyiblər.

Tədbirin bağlanışında çıxış edən DQİDK-nin sədri Elşad İsgəndərov deyib ki, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyin möhkəmlənməsində əməli cəhətdən iştirak etməlidir.

O, din xadimlərinə müraciət edərək, üzərlərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmələri üçün bütün imkanlarını səfərbər etməyə çağırıb: “Dini icmalar vətənpərvərlik işində nümunəvi yerdə olmalıdırlar”.

 

Seminarın sonunda iştirakçılar regionda birgə fəaliyyət planını qəbul ediblər. Sənəddə ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət dəstəklənib, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, tədbir 2 gün davam edib.

 



Yerləşdirilib:2 Oktyabr, 2012  23:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com