POPULYARXƏBƏRLƏR

Oğuzda keçirilən seminarda Azərbaycan sufiliyinin geneologiyası təqdim olunub

Oğuz şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük seminar-treninq davam edir.

 

Tədbir çərçivəsində artıq bir neçə maraqlı məruzələr dinlənilib. Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Əhməd Niyazov seminar iştirakçılarına Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin (ə) müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müridilik hərəkatı haqqında maraqlı faktları da toplaşanların diqqətinə çatdırıb. Ə.Niyazov bildirib ki, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikirin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib. Eyni zamanda məruzəçi təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, hazırda əks proseslər müşahidə edilir: Şimali Qafqazda baş qaldıran və vüsət alan radikallıq Azərbaycana sirayət edir, İslamın saflığına və aliliyinə zərbə vuran, ləkə salan bu ideyaların daşıyıcıları məmləkətimizdə söz sahiblərinə çevrilirlər. Ə.Niyazov bu kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini xüsusi ilə vurğulayıb.

İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərovun çıxışı da məhz bu kontekstdə qurulmuşdu. Məruzəçi Azərbaycan xalqının  islam mədəniyyətinə töhfələrindən geniş söz açıb. O qeyd edib ki, Azərbaycan tarixən yalnız  ölkə hüdudlarından kənarda yaranan elmi nailiyyətlərin istifadəçisi olmayıb, özü böyük şəxsiyyətlər, alimlər yetişdirib: “ Bunlara nümunə olaraq ilk rəsədxana müəllifi, elmin bir çox sahələri üzrə alim, elxanilər sülaləsinin islama gəlməsinə təsir etmiş Nəsrəddin Tusi, Aristotelin nəzəriyyəsini inkişaf etdirmiş Bəhmənyar, vəhdətül-vücud ideyasının müəllifi Miyanəci, Şimali Qafqaza və Anadolunun bir hissəsinə yayılmış sufilik cərəyanlarının əsaslarını qoymuş böyük şeyxlər və s. Göstərmək olar”. E.Əsgərov həmçinin 20-ci əsrin əvəllində, Azərbaycan Demokratik Respublika dövründə məzhəblərarası yaxınlaşmada ölkənin ziyalı və din xadimlərinin oynadıqları əvəzsiz roldan söz açıb. Mərkəzin rəhbəri təəssüflə bildirib ki, sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışırlar. “Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir”, - Elçin Əsgərov fikirlərini tamamlayıb.

 

 

 

 

 



Yerləşdirilib:2 Oktyabr, 2012  17:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com