Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə AKP sədri seçili
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ərdoğan partiyanın 81 rayon (şəhər) təşkilatı başqanı və 324 millət vəkili tərəfindən yenidən partiya liderliyinə namizəd göstərilib.
Bundan başqa, qurultayda AKP-nin 50 yerdən ibarət Mərkəzi Şurasına da seçkilər keçirilib. Şuranın əvvəlki tərkibindən 29 nəfər yerini qoruyub, 21 yerə isə yeni şəxslər seçilib.
Qeyd edək ki, bununla Ərdoğan sonuncu dəfə AKP sədrliyinə seçilib. Yenidən partiya başqanı olmaq istəyərsə, o, bir başqan seçkisində iştirak etməməlidir.