İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Həcc və Ziyarət Təşkilatının rəsmisi Əli Heydəri məlumat verib.
Onun sözlərinə görə, hadisə paytaxt Bağdad şəhərinin cənub-qərbindəki “Mədain” bölgəsində baş verib: “Uzaqdan idarə olunan bomba avtomobil yolunun üzərinə yerləşdirilibmiş. Bombanın partlaması nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb”