POPULYARXƏBƏRLƏR

MTN İrandan Azərbaycana narkotik vasitələrin daşınması ilə məşğul olan cinayətkar dəstələri zərərsizləşdirib

Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən dəstələr zərərsizləşdiriliblər.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən SalamNews-a verilən məlumata görə, son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

 

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Federal Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşları - Babayev Əliheydər Mirzəhüseyn oğlu və Cəfərov Yavər Qəzənfər oğlu Tümen şəhərində saxlanıb, sonuncunun idarə etdiyi avtomobildən 25 kiloqram 500 qram həşiş aşkarlanaraq götürülüb.

 

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Əliyev Seyran Cəbrayıl oğlu, Əliyev Eldar Söhbət oğlu, Ağayev Ağa Rafiq oğlu, Məmmədova Humay Qəribəli qızı və Əsədova Göyçək Şirəli qızı saxlanılıb. Müəyyən edilib ki, Seyran Əliyev, Eldar Əliyev, Ağa Ağayev, Humay Məmmədova və Göyçək Əsədova, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram və Behbud adlı vətəndaşları qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İran istiqamətindən Azərbaycanın Astara rayonunun İstisu kəndinin ərazisinə gətiriblər. Qrupun üzvləri İranda satış məqsədilə qanunsuz olaraq əldə etdikləri 12 kiloqram 128,1 qram həşiş qətranını sonradan sərnişin qatarında qaçaq yolla Rusiya Federasiyasının ərazisinə keçirməyə cəhd edərkən cinayət başında yaxalanıblar.

 

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Əliyev Vaqif Firidun oğlu, Əhmədov İlqar Əhməd oğlu, Heydərov Elşad Topuş oğlu və qeyriləri saxlanılıb. Müəyyən edilib ki, Vaqif Əliyev, İlqar Əhmədov, Elşad Heydərov, habelə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Mehdi adlı vətəndaşı və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər. Məlum olub ki, qrup üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Vaqif Əliyev İran İslam Respublikasının Biləsuvar şəhərinə gedərək orada köhnə tanışları Mehdi adlı şəxslə görüşmüş və ona külli miqdarda tiryək sifariş edib. Vaqif Əliyev və Mehdi adlı şəxs 6 min 150 ABŞ dolları pul müqabilində narkotik vasitələrin əldə olunaraq Azərbaycan ərazisində qrupun digər üzvlərinə çatdırılması barədə sövdələşiblər. Bir neçə gündən sonra Mehdi adlı şəxs əldə etdiyi narkotik vasitələri İran istiqamətindən qaçaq yolla Azərbaycan ərazisinə keçirərək Cəlilabad rayonunun Şükürlü kəndinin yaxınlığında əvvəlcədən müəyyən edilmiş yerdə gizlədib. Qrupun digər üzvləri həmin yerə gələrək narkotik vasitələri “Mersedes-Benz” markalı avtomaşında gizli daşımaq istəyərkən cinayət başında yaxalanıblar. Hal şahidlərinin iştirakı ilə Elşad Heydərovun idarə etdiyi həmin avtomobilə keçirilmiş baxış zamanı 2 kiloqram 948,8 qram tiryək aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

İstintaq-əməliyyat tədbirləri davam edir.



Yerləşdirilib:29 Sentyabr, 2012  18:02, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com