Bu gün Nardaran qəsəbəsində Məhəmməd Peyğəmbəri (s) təhqir edən “Müsəlmanların məsumluğu” filminə və Fransanın "Charolie Hebdo" jurnalında Peyğəmbərin dərc olunmuş karikaturalarına etiraz mitinqi keçirilib.
SalamNew-un verdiyi xəbərə görə, mitinqdə Nardaran ağsaqqalları, Nardaran cümə məscidinin axundu Hacı Ataməli, Azərbaycan İslam Partiyasının (AİP) sabiq sədri Hacı Hacıağa Nuri, AİP sədr əvəzi Hacı Elçin Manafov, kənd ağsaqqallar şurasının sədri Kərbalayi Natiq Kərimov çıxış ediblər və baş verənləri pisləyiblər.
Mitinq iştirakçıları həmçinin İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin dövlət başçılarını ABŞ, Fransa və İsrail rejimi ilə əlaqələri kəsməyə çağırıblar. Mitinqin sonunda ABŞ və İsrail rejiminin bayraqları yandırılıb.