ABŞ prezidentliyinə namizəd Mitt Romni İrana qarşı hərbi gücdən istifadə edilməsini istisna etməyib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalistlərlə görüşdə Romni deyib ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərb yolundan istifadə etməyə məcbur ola bilər. Romni deyib ki, İranın nüvə proqramı məsələsində rəqibi olan Barak Obama ilə mövqeyi eynidir.