Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində sentyabrın 28-də İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.