Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gedən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu burada iraqlı həmkarı Hoşyar Zebari ilə görüşüb.
SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, müsbət atmosferdə keçən ikitərəfli görüşdə terrorla mübarizə, Suriyadakı hadisələr və iki ölkə arasındakı əlaqələr müzakirə edilib.