Qalmaqallı “Müsəlmanların məsumluğu” filminin yaradıcısı hesab olunan Nakulu Basili Nakulu ABŞ-da həbs olunub.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, filmin müəllifi əvvəllər də, maliyyə fırıldaqlarına görə mühakimə olunub. Lakin müəyyən şərtlərlə əfv edilib. Əgər Basili Nakulunun həmin şərtləri pozduğu sübuta yetirilərsə, o, yenidən dəmir barmaqlıqlar arxasına düşə bilər.
Xatırladaq ki, qalmaqallı “Müsəlmanların məsumluğu” filmi islam dünyasında böyük səs-küyə səbəb olub. Filmə etiraz olaraq keçirilən nümayişlər daha çox Misir və Yəməndə kütləvi xarakter alıb. Bundan başqa, Sudan, Tunis, Pakistan, Banqladeş və Liviyada da kütləvi etiraz aksiyaları keçirilib.