İran nüvə silahı hazırlanması üzrə işlərin 90 faizini başa çatdırdıqda beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sərt tədbirlər görmək məcburiyyətində qalacaq.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Assambleyasında çıxışı zamanı İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
O, fikrini plakat vasitəsilə ifadə edib. Şəkildə bikford fitili olan parladıcının üzərində 90 faiz həddi təsvir olunub. O, parladıcının dar hissəsinə işarə edərək, “Xətt burada olmalıdır”, deyib.
Binyamin Netanyahu İrana qarşı sərt tədbirlərin görülməsinə tərəfdar olduğunu bildirib. Daha öncə, rəsmi Tehranın nüvə silahına yiyələnməsi üçün bir neçə ay qaldığını iddia edən İsrailin baş naziri, bu dəfə həmin tarixin bir ildən gec olmayacağını vurğulayıb.