POPULYARXƏBƏRLƏR

İran prezidenti: “ABŞ-da prezident seçkilərinin qalibi ilə görüşə hazıram”

İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanın “İranın nüvə silahına sahib olması əsla qəbul edilə bilməz” ifadəsinə münasibət bildirməyib.

APA-nın məlumatına görə, M. Əhmədinejad “Associated Press” (AP) agentliyinə açıqlamasında bunu noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkisinin nəticələrinə təsir etməmək üçün cavablamayacağını söyləyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı çıxarılmış hay-küy Qərbin Tehranı öz təsir dairəsi altına almaq üçün istifadə etdiyi bəhanədən başqa bir şey deyil: “ABŞ İranın 1979-cu il inqilabından sonra həyata keçirdiyi seçimini heç bir zaman qəbul etmədi. Hər kəs İranın nüvə proqramının ABŞ-ın problem kimi təqdim etdiyinin fərqindədir. Ancaq mən bununla bağlı danışmağa lüzum görmürəm. Bu ilin aprelindən İranla “altılıq” ölkələri arasında başlayan və yüksək səviyyədə üç dəfə keçirilən nüvə müzakirələrində heç bir nəticə alınmamasına baxmayaraq, biz hər zaman dialoq tərəfdarıyıq. Hətta bəzi ölkələrin liderləri mənə birbaşa ABŞ-la nüvə müzakirələrini aparmağın İran üçün daha faydalı olacağını təklif ediblər”. İran prezident vurğulayıb ki, ABŞ-da keçiriləcək prezident seçkisində qalib gələcək namizədlə görüşməyə də hazırdır: “Təbii ki, bu cür görüşdən imtina etmirəm”.

 

M. Əhmədinejad Suriyadakı böhrana da toxunub: “Bu ölkədə 18 aydan bəri sürən qarşıdurmaların sona çatdırılması üçün 10-11 ölkədən ibarət yeni bir qrup yaradılmalıdır. Bununla bağlı Orta Şərq ölkələri və digər ölkələrin nümayəndələri yaxın günlərdə Nyu-York şəhərində bir araya gələcək. Misir prezidenti Məhəmməd Mursinin də Suriya məsələsi ilə bağlı 4 ölkədən ibarət yaratdığı təmas qrupunun bu ölkənin iqtidarı və müxalifətini bir araya gətirəcəyini ümid edirəm. Suriyada sabitlik, sülh və uzlaşma yaratmaq üçün gücüm daxilində olan hər şeyi edəcəyəm”.



Yerləşdirilib:27 Sentyabr, 2012  03:07, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com