İranın ali dini lideri, ayətullah Əli Xamneyi iranlı agentləri Afrika və Latın Amerikasındakı əməliyyatlarını dayandırmağa çağırıb.
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı xəbər yayıb. Məlumatda bildirilir ki, ayətullah Xamneyi onlardan əsas diqqətlərini bölgəyə yönəltmələrini istəyib. Xəbərdə İranın ali dini liderinin İsrailin mümkün hərbi hücumuna görə üçün agentlərin bölgəyə gəlməsini tələb etdiyi qeyd olunub.