İsrailin xarici işlər naziri Avqidor Liberman Nyu-Yorkda Azərbaycan, Rusiya və Ukraynanın xarici işlər naziri ilə görüşməyi planlaşdırır.
APA-nın “İzrus”a istinadən yaydığı məlumata görə, görüş BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində baş tutacaq.
Görüşlərdə İsrailin bu dövlətlərlə ikitərəfli münasibətləri müzakirə olunacaq.