Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl yuxarı nəfəs yolları infeksiyası üzündən bir qədər əvvəl xəstəxanaya aparılıb.
ANS PRESS-in “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin sabiq prezidenti axşam saatlarında özünü pis hiss etməyə başlayıb. Hələlik yalnız onun yuxarı nəfəs yollarının infeksiyasından əziyyət çəkdiyi məlumdur.