ABŞ-da çəkilmiş “Müsəlmanların günahsızlığı” və Fransada Məhəmməd peyğəmbərin (s.) karikaturalarının dərc olunmasına etiraz olaraq, Pakistanda keçirilmiş kütləvi aksiyalar zamanı azı 15 nəfər ölüb, daha bir neçə səfər xəsarət alıb.
SalamNews-un “Al-Arabiya”yə istinadən verdiyi xəbərə görə, Tunis, Liviya və Fransada ketləvi etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, Fransa hökuməti təhlükəsizlik səbəbindən dünyanın 20 ölkəsində yerləşən səfirlik və məktəblərini müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edib.