"Qüds gedərsə, başqa Qüds yoxdur, olmayacaq. Bunu gördüyünüz hər kəsə başa salın".
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Əl Qüds Universitetinin İnsan və Cəmiyyət elmləri üzrə fəxri doktor adına layiq görülməsi münasibətuilə “Rixos” otelində təşkil edilən tədbirdə baş nazir deyib ki, Əl Qüds Universitetinin İsrail tərəfindən tanınmayan diplomaları Türkiyə tərəfindən qəbul edilir: “Heç tanımasınlar, vacib deyil. İsrail kimdir?”.
Qüdsün tarixini və hazırda yaşanan çətinlikləri ən yaxşı bilən şəxslərdən birinin bu universitetin rektoru olduğunu vurğulayan R.T.Ərdoğan deyib: “Sizlərdən gözlədiyimiz getdiyiniz hər yerdə, iştirak etdiyiniz bütün beynəlxalq iclas və konfranslarda bezmədən, yorulmadan gördüklərinizdən, yaşadıqlarınızdan bəhs etmənizdir. Qüds gedərsə başqa Qüds yoxdur, olmayacaq. Bunu gördüyünüz hər kəsə başa salın. Sözlərinizin bir gün beynəlxalq ictimaiyyəti yatdığı bu yuxudan oyandıracağına əminəm''.
Fələstinin dövlət başçısı Mahmud Abbas bildirib ki, Fələstin xalqı Türkiyənin verdiyi dəstəyi heç vaxt unutmayacaq: “Fələstin ilə qucaqlaşmayanda özünü xoşbəxt hiss etməyən Türkiyədən səslənirəm: Fələstinin Qüds olmadan heç bir mənası yoxdur. İsrail işğala nə qədər davam edir-etsin, biz mübarizəmizi aparacağıq''.