BMT-nin baş katibi Pan Ki Mun sabah Moskvada dünyanın tanınmış din xadimləri ilə görüşəcək. Görüşdə müsəlman konfessiyasını Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil edəcək.
Moskva və Ümumrusiya patriarxı İkinci Aleksinin, Vatikanın yüksək səviyyəli nümayəndəsinin, İsrailin baş Ravvini və digər dini konfessiyalarının başçılarının iştirak edəcəyi görüşdə BMT nəzdində dinlərarası məşvərət şurasının yaradılması müzakirə olunacaq.