Xalqının maraqlarını nəzərə almayan və sırf öz ambisiyaları ilə hərəkət edən Türkiyə hökuməti yeni Osmanlı imperiyası yaratmaq arzusundadır.
SalamNews-un PressTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin "Əl-Əhram" qəzetinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd bildirib. Prezident hakimiyyətə qarşı mübarizədə silahlı Suriya müxalifətinə dəstək olan Türkiyə rəhbərliyini kəskin şəkildə pisləyib.
Bəşər Əsəd Suriya müxalifətçiləri və onların tərəfdarları üçün sərhədlərini və hava limanlarını açan Türkiyəni beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib.
Bəşər Əsəd həmçinin qərbyönlü siyasət aparan və terrorçulara maliyyə, silah yardımı edən Qətəri Suriyada Liviya ssenarisini təkrarlamaq istəyində günahlandırıb.
“Suriya hökuməti Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının dəstəklədiyi terrorçular üzərində qələbə qazanacaq, çünki Suriya xalqı müxalifəti dəstəkləmir”, - Bəşər Əsəd deyib.