Bu gün Qubanın Rustov kəndində 1903-cü ildə tikilmiş məscid binasının təmirdən sonra açılış mərasimi keçirilib. Açılışda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, rayon icra hakimiyyəti başçısı, jurnalistlər və başqaları iştirak edib.
Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda 6300 abidə mövcuddur. Hazırda abidələrin siyahıya alınması aparılır. Siyahıya alınandan sonra bərpaya ehtiyacı olan abidələr hamısı bərpa ediləcək".
Nazirin bu gün həmçinin Qubanın Xınalıq kəndinə də baş çəkməsi nəzərdə tutulub.