Pentaqon rəhbəri Leon Panetta "Foreign Policy" jurnalına müsahibəsində bəyan edib ki, Yaxın Şərqdə baş verən hadisələr rejimlərin dəyişməsini müşayiət edən çapalamalardır, "Əl-Qaidə" və digər radikal qruplaşmalar isə bunu öz xeyirlərinə yönəltmək istəyirlər.
SalamNews-un Курсив.кз-yə istinadla verdiyi xəbərə görə, L.Panetta əmindir ki, "Müsəlmanların məsumluğu" filminin doğurduğu iğtişaşların arxasında bir qrup ekstremist dayanıb və ərəb dünyasının durumunu əks etdirimir. Pentaqonun başçısı ABŞ səfirinin mühafizəsi üçün daha 50 dəniz piyadasının Sudana göndərilməsinə dair xəbəri təsdiqləyib.
Xatırladaq ki, Liviya və Yəməndə 100 amerikalı hərbiçi yerləşdirilib.