Azərbaycan müsəlmanları inanclıları təhqir edən "Müsəlmanların məsumluğu" filminə etiraz əlaməti olaraq, ABŞ səfirliyi qarşısında aksiyaya başlayıblar.
SalamNews-un verdiyi xəbərə görə, aksiyada 50 nəfər iştirak edir. Polis aksiyaya mane olmaq cəhdi göstəriblər və 2 nəfəri həbs ediblər.
15:12
SalamNews-un müxbirinin məlumatına görə, polis iştirakçıların həbsi zamanı güc tətbiq edib. Son məlumatlara görə 20-25 nəfər həbs olunub.
15:24
Son məlumatlara əsasən, müsəlmanlar səfirlik binasına tərəf irəliləyirlər. Aksiya iştirakçılarının sayı 200-250 nəfər təşkil edir.
15:51
Aksiya başa çatıb. Adları bəlli olmayan 5 nəfərdən başqa bütün saxlanılanlar buraxılıblar.