İran XİN rəhbəri Əli Əkbər Salehi Suriya münaqişəsinin nizamlanması üzrə əlaqələndirici qrupun iclasında iştirak etmək üçün Qahirəyə gəlib.
SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, toplantıda həmçinin Türkiyə və Misirin XİN başçıları Əhməd Davudoğlu və Məhəmməd Kamal Əmr, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Əbdül Əziz, həmçinin Suriya məsələsi üzrə BMT və ƏDL-in xüsusi nümayəndəsi Lahdar Braximi iştirak edəcəklər