Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Səid Cəlili ilə görüşüb.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, görüş nazirlikdə keçirilib.
Diplomatik mənbələrdən verilən məlumata görə, İran tərəfinin tələbi ilə keçirilən görüşdə əsasən keçən həftə Vyanada təşkil edilən MAQATE İdarə heyəti konfransında qəbul edilən qərarlar çərçivəsində İranın nüvə proqramı müzakirə edilib.
Görüşdə Suriyadakı vəziyyət də müzakirə olunub.