Liviyanın Benqazi şəhərinin hava limanının bağlanmasına şəhər üzərində ABŞ pilotsuz təyyarələrinin uçması və təhlükəsizlik qüvvələrinin bu təyyarələri vurmaq cəhdləri səbəb olub.
SalamNews-un RİA“Novosti”yə istinadən verdiyi xəbərə görə, hava limanının administrasiyası bütün uçuşların dayandırılmasına sərəncam verib. Lakin dünən uçuşlar bərpa edilib.
Xatırladaq ki, internetdə Məhəmməd peyğəmbəri (s) təhqir edən filmin yayımlanmasına etiraz olaraq sentyabrın 11-də Benqazidə ABŞ səfirliyinə təşkil edilmiş hücum zamanı səfir də daxil olmaqla 4 nəfər həlak olub.