ABŞ Prezidenti Barak Obama son günlər Yaxın Şərqdə amerikalı diplomatların hücuma məruz qalması ilə əlaqədar Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibi Cey Karni keçirdiyi mətbuat konfransında bildirib ki, Barak Obama bunun üçün Rəcəb Tayyib Ərdoğana xüsusi ismarıc göndərib.
“Prezident Obama bölgədə baş vermiş zorakılıq hadisələrinə reaksiya bildirilməsi üçün Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana xüsusi ismarıc göndərib. Gördüyünüz kimi, Ərdoğan da bunu etdi. Prezident Obama belə açıqlamaları və bölgə liderlərinin bu istiqamətdə atdığı fərdi addımları müsbət qarşılayır”.