İran parlamentinin sədri Qulaməli Həddad Adel İslam dövlətlərinə müraciət edərək, İslam dinini təhqir edən dövlətlərdən mal idxalına qadağa qoymağa çağırıb. Anti-İslam ruhunda çəkilmiş "Fitnə" filminin internetdə göstərilməsinə münasibət bildirən İran parlamentinin sədri deyib ki, İslam dünyası İslam dəyərlərini təhqir edən istənilən ölkədən mal almaqdan çəkinməlidir.
Spiker hesab edir, bu filmin nümayişi mədəni ekspansiya və insan haqlarının pozulmasının iyrənc nümunəsidir: "Bu, İslam dünyasının dirçəlişinin nəticəsi və Qərbin bundan qorxduğunu göstərir".