Sudanın paytaxtı Xartumda nümayişçilər Almaniya səfirliyinə daxil olub və burada İslam bayrağını qaldırıblar.
Gün.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Almaniyanın xarici işlər naziri isə diplomatik missiyanın əməkdaşlarının təhlükəsiz yerdə olduqlarını bəyan edib.
Nümayişçilər səfirliyin binasının pəncərələrini sındırıb və oranı yandırıblar.
İslamçılar həmçinin yaxınlıqda yerləşən Britaniya səfirliyində də hücum ediblər. Hələlik nümayişçilərin səfirliyin binasına daxil olub-olmamaları barədə dəqiq məlumat yoxdur. Ümumilikdə Xartumda beş minə yaxın insan etiraz aksiyalarında iştirak edir.