Minlərə pakistanlı etirazçı ABŞ-da islam əleyhinə çəkilmiş filmlə bağlı qəzəblərini bildirmək üçün Birləşmiş Ştatların İslamabaddakı səfirliyinə tərəf üz tutublar.
SalamNews-un İran KİV-inə istinadən verdiyi xəbərə görə, etirazlar Karaçi və Lahor da daxil olmaqla nəhəng şəhərlərdə keçirilir. Polis Pişəvar və İslamabadı birləşdirən yolları bağlayıb.
Hazırda Pakistanda Məhəmməd Peyğəmbərin (s) təhqir olunduğu filmə qarşı etiraz çərçivəsində üç nümayiş keçirilir.
Qeyd edək ki, dini təhqir edən film bütün müsəlman dünyasında qəzəbə səbəb olub.