Aprelin 7-də Qubanın Rustov kəndində təmirdən yeni çıxmış məscidin açılış mərasimi keçiriləcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi hesabına təmir və bərpa edilən məscidin açılış mərasimində nazir Əbülfəs Qarayev də iştirak edəcək.
Bu barədə ANS PRESS-in Şimal bürosuna Quba rayon icra başçısının müavini Yusif Abidov məlumat verib. Qeyd edək ki, 1903-cü ildə inşa edilən məscid uzun müddət qəzalı vəziyyətdə olub.