ABŞ-da çəkilən "Müsəlmanların günahsızlığı" filminə qarşı etiraz edən Yəmən sakinləri paytaxt Sənada Birləşmiş Ştatların səfirliyini ələ keçirməyə çalışırlar.
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, analoji etiraz aksiyaları daha öncə Misir, Tunis və Liviyada keçirilib. Liviyanın Benqazi şəhərində Amerika konsulluğunun atəşə tutulması nəticəsində ABŞ-ın Liviyadakı səfiri Kris Stivens, səfirliyin xəbər departamentinin, həmçinin dövlət departamentinin iki əməkdaşı qətlə yetirilib.