Somalinin yeni seçilmiş prezidenti Həsən Şeyx Mahmuda qarşı sui-qəsd həyata keçirilib.
APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, terror aktını prezidentin qaldığı “Əl-Cəzirə” otelinə daxil olan terrorçu-kamikadze törədib. Rəsmilər hadisənin nəticələri barədə məlumat vermirlər. Şahidlərin məlumatına görə isə partlayış nəticəsində çoxlu yaralılar var.