POPULYARXƏBƏRLƏR

İslamda uşaqların tərbiyəsi

Hörmətli müsəlmanlar!

Gündəlik həyatımızdan da gördüyümüz kimi, Allahın insanlara bəxş etdiyi nemətlərin sayı-hesabı yoxdur. Bu nemətləri yüksək formada dəyərləndirmək, öz həyatında əks etdirmək möminin ən böyük vəzifəsidir. Nemət üçün şükür пїЅ ona lazım olan qiyməti vermək, lazımi yerində istifadə etmək və onu başqaları üçün də faydalı etməklə mümkün ola bilər.

İslamda uşaqların tərbiyəsi
Dinimizin obyekti insan, qayə və hədəfi isə insanın dünya və axirət səadəti, cəmiyyətin əmin-amanlığıdır. Bildiyimiz kimi, cəmiyyəti təşkil edən ən vacib ünsür uşaqlardır. Uşaqlar həyatın başlanğıcı və onu bu günə daşıyanlardır. Bu günün uşaqları isə həyatı sabaha daşıyacaqlar. Uşaq gözlərimizin nuru, evimizin bəzəyi və dünya həyatının meyvəsi, gələcəyimizin təminatıdır. Onlar yaxşı tərbiyə olunmalıdırlar.

Əziz müsəlmanlar!

Allah-Təala Qurani-Kərimdə uşaqlar haqqında "Bu dünyanın bəzək və zinəti" (Kəhf, 46) deyə buyurmaqdadır. Müqəddəs kitabımızın bəzək və zinət adlandırdığı bu varlığı İslamın əmr etdiyi şəkildə böyütmək və tərbiyə etmək hər birimizin borcudur. Bu barədə istər Allah-Təalanın (c.c.), istərsə də Peyğəmbərimizin (s.ə.s.) əmr və tövsiyələri vardır. "Ey iman gətirənlər! Özünüzü və oğul-uşağınızı cəhənnəm odundan qoruyun. Onun yanacağı insanlar və daşlardırпїЅ" (Təhrim, 6) ayəsi nazil olarkən Hz Ömər Peyğəmbərimizdən (s.ə.s.) belə soruşur: "Ey Allahın Elçisi! Özümüzü Allah və Rəsulunun əmrlərinə itaət edərək, qadağan olunan şeylərdən uzaq duraraq qoruya bilərik. Bəs ailəmizi necə qoruya bilərik?". Bunun cavabında Hz Peyğəmbər (s.ə.s.) belə buyurur: "Allahın sizə əmr etdiklərini siz də onlara əmr edin. Allahın sizə qadağan etdiklərini siz də onlara qadağan edin. Bu hərəkətinizlə onları qorumuş olarsınız".

Uşağa Allahın əmrlərini çatdırarkən çox diqqətli davranmaq lazımdır. Bu barədə Hz Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Uşaqlarınızla xoş rəftar edin və onlara ən gözəl formada tərbiyə verin" (Seçmə hədislər, səh. 164).

Əziz valideynlər!

Bir çox ayə və hədislərdə bütün ata-analara öz uşaqlarını tərbiyə etmək əmr olunmuşdur. Bu vəzifəyə biganə yanaşmaq bütün cəmiyyət üçün böyük zərərlər meydana gətirə bilər. Kiçik yaşlarında uşaqları tərbiyə etməsək və ya buna laqeyd yanaşsaq, böyüdüyü zaman üsyan etdikdə, hansısa bir fəlakətlə üzləşdikdə şikayət etməyə haqqımız olmaz. Elə isə gözlərimizin nuru, evimizin süsü və dünya həyatının meyvəsi olan uşaqlarımıza yaxşı tərbiyə verək. Onların ürəklərinə uşaqlıqdan Allah, Peyğəmbər və vətən sevgisini yerləşdirək. Onları vaxtında ibadətə alışdıraq. Heç vaxt Peyğəmbərimizin (s.ə.s.) bu hədisini unutmayaq: "Heç bir ata övladına gözəl tərbiyədən daha böyük bir hədiyyə verə bilməz".


Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:4 Aprel, 2008  10:05, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com