Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupu təyyarə ilə oktyabrın 14-də müqəddəs ziyarətə yola salınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun Gün.Az-a verdiyi məlumata görə, bu il Həcc ziyarətinə yola düşəcək 2500 zəvvarın digər qrupları isə sonrakı 7 gün ərzində yola düşəcəklər.
M.Payızov bildirib ki, artıq zəvvarlara viza alınması üçün sənədlər müvafiq qurumlara təqdim olunub:
“Ziyarətə hazırlıq normal qayda ilə gedir”.