Benqazidə raket zərbəsi nəticəsində ABŞ-ın Liviyadakı səfiri həlak olub.
Islam.az Itar-Tass-a istinadən xəbər verir ki, səfirdən başqa Amerikanın diplomatik strukturlarının daha üç əməkdaşı öldürülüb.
Bundan əvvəl yayılan xəbərlərdə Benqazidəki ABŞ konsulluğuna hücumlar barədə bildirilirdi.
ABŞ-ın dövlət katibi Hillari Klintonun rəyinə görə, hücuma Amerika televiziyasının efirində guya Məhəmməd peyğəmbəri təhqir edən filmin göstərilməsi səbəb olub.
“ABŞ rəhbərliyi digərlərinin dini inanclarının pislənməsinə yönəlmiş istənilən qərəzli cəhdləri pisləyir” – deyə, H.Klinton Liviya Milli Keçid Hökumətinin sədri Məhəmməd Yusif əl-Məkriflə telefon danışığında vurğulayıb.
Buna baxmayaraq, o əlavə edib ki, Vaşinqtonun rəyinə görə, Benqazidəki missiyaya hücum kimi hərəkətləri “heç bir halda doğrultmaq olmaz”.