POPULYARXƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycanla bütün sahələrdə atacağımız addımlar var”

“Bu gün istər siyasi, istər hərbi, istər mədəni, istər iqtisadi sahədə həqiqətən çox önəmli məsələləri müzakirə etdik. Həm ikitərəfli görüş keçirdik, həm də nazir yoldaşlarımız öz aralarında görüşlər keçirdilər”.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəbələdə sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında deyib.

 

Ərdoğan bildirib ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəmizin bu gün 3,5 milyard dollara çatıb. Ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar olub, belə davam etdirilsə 2015-ci ildə üçün planlaşdırılan beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşa bilər: “Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz “İki dövlət, bir millət” anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çadıra bilərik, çatdıracağıq. Qarşımızda bir maneə yoxdur. Bütün sahələrdə atacağımız addımlar var”.

 

Ərdoğan TANAP layihəsi ilə bağlı deyib ki, artıq layihənin həyata keçirilməsi proses başlayıb və ən qısa zamanda mexanizmlər işə düşməyə başlayacaq. Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə TASMUS layihəsi vardır ki, bu da müdafiə sənayesi sahəsində elektron rabitə məsələsində müştərək bir addımın atılmasında çox böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyət ilə əlaqədar iki ölkənin nazirləri ciddi şəkildə müzakirələri davam etdirirlər.

 

Ərdoğan deyib ki, ikitərəfli əlaqələr, bütün beynəlxalq qurumlardakı həmrəylik örnək təşkil edə biləcək bir səviyyədədir: “Hazırda, bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycanın xidmət etməsi bizlər üçün çox böyük önəm daşıyır. Arzu edirəm ki, inşallah, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı missiyası başa çatdıqdan sonra, - 2015-2016-cı illərdə də Türkiyə bu quruma namizəddir, - təkrar Türkiyənin orada qeyri-daimi üzv kimi xidmətə başlaması da bizim bu həmrəyliyimizi artıraraq yolumuza davam etməyimizi təmin edəcək”.

 

Türkiyənin baş naziri Azərbaycanla mədəni əlaqələrin genişləndiyi bildirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən danışan Ərdoğan bildirib ki, bu proyektin reallaşması sürətlə davam edir. O qeyd edib ki, Türkiyə və Azərbaycan Naxçıvan-İğdır arasında dəmir yolu çəkmək istiqamətində addımlar atır.



Yerləşdirilib:12 Sentyabr, 2012  18:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com