İranın nüvə haqları Nüvə Silahının Yayılmaması (NTP) müqaviləsi əsasında rəsmi şəkildə tanınmalıdır.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.
O bildirib ki, bu məsələ ilə bağlı indiyədək Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) müxtəlif görüşlər keçirilib: “İranla AEBA arasında müzakirələr texniki və hüquqi müstəvidə aparılmalı, təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir. Agentlik rəsmiləri İranın nüvə fəaliyyəti ilə bağlı bəzi narahatçılıqlarının və suallarının olduğunu bildirirlər. Bu məsələdə NPT müqaviləsi əsasında İranın sahib olmalı haqları və agentliklə əməkdaşlıq da nəzərə alınmalıdır. Yalnız bu anlaşmalar əldə ediləcəyi təqdirdə, biz irəliyə doğru müsbət addım ata bilərik”.