İraqın keçmiş vitse-prezidenti Tarık Haşimini təslim etməyəcəyik.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
O, Azərbaycan səfərindən əvvəl Ankarada mətbuat nümayəndələri ilə görüşüb. Ölkəyə sığınan İraqın keçmiş vitse-prezidenti haqqında çıxarılan edam qərarı ilə bağlı suala cavab verən baş nazir deyib: "Dostluğumuz, qardaşlığımız bu hadisələr nəticəsində başlamadı. Haşimi ilə bağlı məsələni yaxşı bilən siyasətçilərik. Edama səbəb ola biləcək bir məsələ yoxdur. Haşimini istədiyi qədər ölkəmizdə saxlayacayıq. Təslim etməyəcəyik”.
İraq məhkəməsi vitse-prezident Tarık Haşimi haqqında edam qərarı çıxarıb. Türkiyənin sığınacaq verdiyi, cinayətləri sübuta yetirilmiş Tarık Haşimi haqqında çıxarılan hökmün surəti Ankaraya göndərilib.
İraq məhkəməsi Tarık Haşiminin məscidləri bombalamaqda, cinayətkar qruplara rəhbərlik etməkdə və kütləvi qətllərdə əlinin olduğunu sübuta yetirib.