Pakistanın cənub-şərqində baş vermiş partlayış nəticəsində ən azı 20 nəfər həlak olub. Partlayış həmçinin onlarla insanın yaralanmasına da səbəb olub.
Hadisə Bəlucistan əyalətinin Xub şəhərində baş verib. Hələlik heç kəs terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
Xatırladaq ki, dünən Pakistanin Paraçinar şəhərində baş vermiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 45 nəfər isə yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə daha öncə heç kimə məlum olmayan “Təhrik-i-Taliban Pakistan Qazi” götürüb.