Türkiyə təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində PKK terrorçularına qarşı əməliyyatları fasiləsiz davam etdirir.
APA-nın “Cihan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrın 10-da gecə Hakkari vilayətinin Kavaklı bölgəsi ərazisində PKK-çıların toplaşdığı nöqtəyə hərbi təyyarələr vasitəsilə zərbə endirilib. F-16 hərbi təyyarələrinin bombardmanı nəticəsində 25 terrorçunun məhv edildiyi müəyyənləşib.
Diyarbəkir vilayəti ərazisində isə əsgər və polislərə qarşı terror aksiyaları törətməyə hazırlaşan 3 terrorçu öldürülüb.