“Azərbaycan İranla dost və qonşu olan ölkədir”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Təbrizdə jurnalistlərə müsahibə verən İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
O jurnalistlərin casus kimi təqdim etdiyi azərbaycanlı şairlər barəsində də fikir bildirib: “ Bu barədə onu deyə bilərəm ki, Azərbaycan hökuməti də bu məsələ ilə bağlı fikir bildirmək haqqına sahibdir. İran müsəlmançılıq və qonşuluq faktorlarını nəzərə alaraq həmin 2 gənci əfv etdi. Eləcə də bu addıma heç bir qarşılıq gözləmirik. Lakin orada həbsdə olan öz məhbuslarımızın vəziyyətini də təqib edirik”.
Salehi əlavə edib ki, Tehranın xarici siyasətdə əsas hədəfi İran-Azərbaycan münasibətlərini inkişaf etdirməkdir: “İran Azərbaycanın ən etibarlı dostudur. Bu ölkə ilə bir çox ortaq tərəflərimiz var. Odur ki, iki ölkə arasındakı münasibətlərin ən yaxşı şəkildə inkişaf etməsini istəyirik”.